ABŞ Prezidenti Donald Tramp yenə hər kəsi təəcübləndirib. O bu dəfə jurnalistlərin suallarını Ağ Evin damından cavablandırıb. O, damda bərpa işlərinə baxış keçirdiyini bildirib.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, jurnalistlərdən biri "Cənab Prezident, orada nə edirsiniz?" deyə soruşduqda, Tramp "Bərpa işlərinə baxıram" deyib. "Bəs, nə inşa edirsiniz?" sualına isə zarafatla "Raketlər, nüvə raketləri..." - deyə cavab verib.
Xeyrənsə Piriyeva