BAKI, 6 avqust. TELEQRAF
Ermənistanın Qazaxıstandakı səfiri Armen Gevondyan Qazaxıstanın Astana şəhərinin meri Jenis Kasımbek ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın Qazaxıstandakı səfirliyi məlumat yayıb.
Görüş zamanı 2024-cü ildə qardaşlaşmış şəhərlərin yaradılması haqqında imzalanmış saziş çərçivəsində İrəvan və Astana arasında ticari-iqtisadi, humanitar və mədəni sahələrdə əməkdaşlığın təşviqi məsələləri müzakirə olunub.
Ermənistan və Qazaxıstan xalqlarının nüfuzlu nümayəndələrinin xatirəsinin əbədiləşdirilməsinə dair yüksək səviyyəli sazişlərin həyata keçirilməsinə xüsusi diqqət yetirilib.
Ermənistan-Qazaxıstan dövlətlərarası münasibətlərinin inkişaf perspektivləri nəzərə alınmaqla, Ermənistanın Astanadakı səfirliyinin fəaliyyət şəraitinin yenilənməsinə yönəlmiş məsələlər də müzakirə olunub.