AZ

Livanda Hizbullah komandiri öldürülüb

Azvision saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, o, Suriya ərazisindəki terror qrupları tərəfindən İsrail ilə Suriya arasında mübahisəli "Colan təpələri" ərazisinə raket zərbələri endirilməsinin təşkilatçısı və rəhbəri idi. "Terrorçunun fəaliyyəti İsrail dövləti və xalqı üçün təhlükə yaradırdı", - məlumatda vurğulanır.

İrandan "Hizbullah"a pul köçürən şirkət rəhbəri öldürülüb

Ötən il noyabrın 27-də imzalanan atəşkəs sazişi nəticəsində İsrail və Livanın "Hizbullah" qruplaşması arasında ikiaylıq müharibə başa çatıb. (Müharibə dövründə İsrail "Hizbullah"ın ali rəhbərlərini, o cümlədən təşkilatın lideri Həsən Nəsrullahı aradan qaldırıb). Həmin vaxtdan indiyədək irili-xırdalı sərhədyanı toqquşmalar meydana gəlib. Sazişin şərtlərinə əsasən, İsrail Silahlı Qüvvələrinin bu ölkədən çıxması üçün 60 günlük möhlət verilib. Halbuki bu müddətin yanvarın 26-da qurtarması fonunda İsrail qruplaşmanın yenidən güc toplanmasından ehtiyatlanaraq, daha 30 gün vaxt istəyib. Möhlətin fevralın 18-də qurtarması nəticəsində İsrail qoşunları Livanın cənubundan qismən çəkilib.

Firudin Həmidli

AzVision.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
47
15
azvision.az

10Mənbələr