AZ

Virtual aktivləri tənzimləyən qanun layihəsinin hazırlanmasına dair müzakirələr aparılıb

Mərkəzi Bankda Azərbaycan Fintex Assosiasiyasının nümayəndələri ilə növbəti görüş keçirib.

Mərkəzi Bankın məlumatına görə, görüşdə cari ilin yanvar-iyun ayları üzrə fintex ekosistemində müşahidə olunan əsas trendlər və inkişaf prioritetləri ətraflı müzakirə olunub.

Bununla yanaşı, Ani Ödənişlər Sisteminin əhatə dairəsinin genişləndirilməsi və fintex subyektlərinin bu sistem vasitəsilə innovativ həllərə çıxış imkanlarının artırılması, eləcə də elektron pul və ödəniş təşkilatlarının fəaliyyətlərinin ƏL/TMM və informasiya təhlükəsizliyi üzrə qanunvericilik tələblərinə tam uyğunluğunun təmin edilməsi və komplayens risklərinin effektiv idarə olunması məsələləri görüş iştirakçılarının diqqətinə çatdırılıb.

Görüşdə həmçinin xüsusi tənzimləmə rejiminin təkmilləşdirilməsi və tətbiq imkanları, açıq bankçılıq sahəsində aparılan işlər, virtual aktivlər və onların təminatçılarının fəaliyyətini tənzimləyən qanun layihəsinin hazırlanmasına dair fikir mübadiləsi aparılıb.

Seçilən
86
vergiler.az

1Mənbələr