AZ

Azərbaycanın boks yığmaları MDB Oyunlarına Bakıda hazırlaşır

Bakı, 6 avqust, AZƏRTAC

Yeniyetmə oğlan və qız boksçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışına başlayıb.

Boks Federasiyasından AZƏRTAC-a bildirilib ki, Bakı Boks Mərkəzində keçirilən hazırlığa ölkənin ən güclüləri cəlb olunublar. Məşqlərdə əsas diqqət taktiki-texniki hazırlığa yönəlib.

Vaqif Kazımovun baş məşqçisi olduğu oğlanlardan ibarət milli paytaxtda avqustun 15-dək hazırlıq keçəcək. Komanda toplanışın növbəti mərhələsi üçün ölkə xaricinə yollanacaq. İlkin Ağayevin baş məşqçisi olduğu qızlardan ibarət yığmanın məşqləri isə Bakıda davam edəcək.

Qeyd edək ki, toplanış ölkəmizdə keçiriləcək III MDB Oyunlarına hazırlıq xarakteri daşıyır.

Seçilən
60
6
azertag.az

10Mənbələr