"Barselona" La Liqada "Valensiya" və "Xetafe" ilə oyunları "Kamp Nou" stadionunda keçirməyi planlaşdırır.
Operativ Media xəbər verir ki, bu haqda "Marca" nəşri məlumat yayıb.
Kataloniya klubu sentyabrın 14-də və 21-də baş tutacaq qarşılaşmaların öz meydanında keçirilməsi üçün müraciət edib.
Bu görüşlərin, yenidənqurma işlərinin başlanmasından sonra "Kamp Nou"da təşkil olunacaq ilk oyunlar olması planlaşdırılır. Lakin hələlik stadionda tamaşaçı sayı 30 min nəfərlə məhdudlaşdırılacaq. "Barselona" zamanla bu rəqəmi əvvəlcə 45 minə, daha sonra isə 60 minə çatdırmağı hədəfləyir.
Qeyd edək ki, "Kamp Nou" stadionu 2023-cü ilin yayında təmir məqsədilə bağlanmışdı. O vaxtdan bəri komanda ev oyunlarını "Olimpik Lluís Kompanis" stadionunda keçirir.