AZ

"Tramp? - Sülh Mükafatına ən çox layiq olan Prezident İlham Əliyevdir” - Azər Badamov

Yazını böyüt
Yazını kiçilt

Ağ Ev görüşü sülh gündəliyini kifayət qədər irəlilədəcək”

Respublikaçılar Partiyasından olan konqresmen Co VilsonXhesabında yazıb ki, - “ABŞ Prezidenti Donald Tramp Nobel Sülh Mükafatına layiqdir”. O qeyd edib ki, Trampa qədər sülhə xidmət edən başqa prezident olmayıb. Konqresmen nümunə kimi Konqo və Ruanda, Tailand və Kamboca, Pakistan və Hindistan arasındakı münaqişələri nümunə çəkib. "Tezliklə Azərbaycan və Ermənistan!”, - paylaşımda deyilir.

Maraqlıdır, Tramp Azərbaycanın torpaqları işğal altında olanda harada idi və bu gün ABŞ-ın regionla bağlı maraqlarında Azərbaycan-Ermənistan sülh sazişinin imzalanması neçənci yerdə dayanır.

Qeyd edək ki, avqustun 8-də Trampın Azərbaycan və Ermənistan liderləri ilə görüşü gözlənilir. Bu görüşdən gözləntilər nədir?

Bu istiqamətdə hafta.az-a deputat Azər Badamov şərh verib.

Deputat qeyd edib ki, D.Trampı Sülh Mükafatına təqdim etmək olar, çünki o, müharibələri dəstəkləmir:

“Hətta Trampın birinci prezidentliyi dövründə də yeni müharibələr baş verməyib. İkinci prezidentliyə seçkilər kampaniyasında isə Rusiya-Ukrayna müharibəsini prezident seçiləndən sonra 24 saata həll edəcəyini demişdi. Amma zaman göstərdi ki, bu müharibə hələ uzun müddətə davam edəcək və onu dayandırmaq heç də asan məsələ deyil. Hindistan-Pakistan müharibəsi isə çox kövrək şəkildə dayanıb və hər zaman yenidən gərginliyin yaranması ehtimalları qalmaqdadır. Yəni bütün bunlara baxmayaraq, Trampı sülh niyyətlərinə və cəhdlərinə görə Sülh Mükafatına təqdim etmək olar”.

Azərbaycan-Ermənistan münaqişəsinin sonlandırılmasına gəlincə, deputat bunun əsas müəllifinin Ali Baş Komandan, Prezident İlham Əliyev olduğunu bildirib:

“Çünki, 30 ildə davam etmiş bir münaqişəni dayandıran dövlət başçısı olmayıb və ya da tarxidə çox təsadüfi haldır. Trampın birinci prezidentliyi dövrü torpaqlarımız işğal altında olduğu  vaxta təsadüf olunub. Amma onun prezident olduğu illərdə Azərbaycan-Ermənistan münaqişəsinin həll olunması isrtiqamətində hər hansı bir dəyişiklik olmadı. Qeyd etmək istəyirəm ki, BMT TŞ-nin 4 qətnaməsinin icra olunması üçün mandat verilmiş ATƏT-in Minsk qrupunun üç həmsədrindən biri də ABŞ idi. Amma Minsk qrupu münaqişəni dondurmağa və münaqişənin hərbi yolla həllinin olmadığna  bizi inandırmağa çalışdı. Yalnız Prezident İlham Əliyevin siyasi iradəsi və dəyişilməz mövqeyi münaqişənin əvvəlcə hərbi, sonra da siyasi yollarla həll olunması üçün yol açdı. Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsinə başlayanda heç bir dövlət hərbi əməliyyatların belə sonluqla başa çatacağına inanmırdı. Hətta Azərbaycanın öz torpaqlarını hərbi yolla işğaldan azad edəcəyinə inananlar da demək olar ki, yox idi. Çünki, əsas güclər Ermənistanın yanında idi. Prezident İlham Əliyevin uzun illər apardığı beynəlxalq siyasəti sayəsində haqlı tərəf olduğumuz, işğala məruz qaldığımız və BMT Nizamnaməsinin 5-ci bəndinə əsasən öz ərazilərimizi azad etmək hüququna malik olduğumuz beynəlxalq ictimaiyyətə qəbul etdirildi. Müharibənin başlandığı ilk gündə Türkiyə Prezidentinin “Biz hər cür yardımlarla can Azərbaycanın yanındayıq” deyərək verdiyi mənəvi dəstək, Pakistanın yanımızda olması gücümüzə güc qatdı və üstümüzə gəlmək istəyən gücləri çəkindirdi. Təbii ki, bu şəraitə Prerzeident İlham Əliyevin uzaqgörən siyasəti, öz torpağına və xalqına sədaqəti sayəsində nail olunmuşdu. 44 gündə torpaqlar işğaldan azad olunudu. 20 sentyabr 2023-cü ildə isə ərazilərimizdə erməni separatizmin kökü kəsildi. Bu, tarixdə olmamış hadisə idi. Bəli, Azərbaycan-Ermənistan münaqişəsinin sona çatmasının yeganə müəllifi Prezident İlham Əliyevdir. Qələbəni qazandıran isə dövlət başçımızın yanında birləşmiş xalq və düşmən gülləsinə sinəsini sipər etmiş Azərbaycan əsgəridir. Yəni qələbəmizin şəriki yoxdur, bu, müstəsna şəkildə dövlət başçımızın xidmətidir. Bu baxımdan Sülh Mükafatına ən çox layiq olan Prezident İlham Əliyevdir”.

Deputat bu mənada hesab edir ki, Azərbaycanla Ermənistan arasında razılaşdırılmış sülh müqaviləsinin müəllifi də Prezident İlham Əliyevdir. Onun fikrincə, məhz prezidentin rəhbərliyi altında yaratdığımız yeni reallıq Ermənistanı sülhə məcbur edir:

“Düzdür, müzakirələr, görüşlər müxtəlif polatformalarda keçirilə bilər. Amma ən səmərəli görüşlər ikitərfli keçirlən görüşlərdir. Belə ki, 10 iyulda Abu-Dabidə keçirlmiş görüşü nəticəyönümlülüyünə görə yüksək dəyərləndirmək olar. ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Ağ evdə keçiriləcək görüş də çox əhəmiyyətli olacaq. Bu görüşdə sülh gündəliyi kifayət qədər irəlilədəcəyini hesab edirəm. Yəni görüşdə sülh müqaviləsinin paraflanması və ya da hər hansı bir memorandum imzalana bilər. Amma bu yekun sülh müaviləsi olmayacaq. Yekun sülh müqaviləsinin imzalanması üçün əsas tələbimiz olan Ermənistanın konstitusiyasından Azərbaycana qarşı ərazi iddiaların çıxarılması və Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciətin göndərilməsi ilə bağlı mövqeyimiz dəyişilməzdir. Bu iki məsələ həll olunandan sonra yekun sülh sənədini istənilən məkanda imzalamaq olar. Yekun sülh müqaviləsi imzalanandan sonra 30 illik bir münaqişəyə son qoyulduğuna görə Prezident İlham Əliyevə Sülh Mükafatı təqdim olunmalıdır. Çünki bu mükafatın əsl sahibi cənab Prezidentimizdir”.

Seçilən
25
6
hafta.az

7Mənbələr