AZ

“İMZA” İctimai Birliyi Türkiyənin Azərbaycandakı səfiri ilə görüş keçirdi

Avqustun 5-də “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin nümayəndə heyəti Türkiyənin Azərbaycandakı hazırkı səfiri Birol Akgün ilə səfirlikdə görüş keçirib.

Yeniazerbaycan.com xeber verir ki, görüş zamanı təşkilatın İdarə Heyətinin sədri Xəyyam Əsgərov, “İMZA” İctimai Birliyinin məqsəd və missiyası, sosial layihələri, yerli və beynəlxalq əməkdaşlıqları barədə geniş məlumat verib. O qeyd edib ki, təşkilatın fəaliyyəti yalnız Azərbaycanda deyil, Türk dünyasında da sosial həmrəyliyin və ortaq dəyərlərin inkişafına yönəlib. Birliyin əsas hədəfləri arasında gənclərin inkişafı, ictimai təşəbbüslərin təşviqi və regional tərəfdaşlığın gücləndirilməsi mühüm yer tutur.

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün çıxışında təşkilatın fəaliyyətini yüksək qiymətləndirərək bildirib ki, “İMZA” kimi vətəndaş cəmiyyəti institutları Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın daha dərin və davamlı əsaslarla möhkəmlənməsində mühüm rol oynayır:

“Türkiyə və Azərbaycan arasındakı münasibətlər yalnız dövlətlərarası deyil, xalqlar arasında da çox sıx bağlıdır. Bu əlaqələrin möhkəmlənməsində ictimai təşkilatların rolu böyükdür. ‘İMZA’ İctimai Birliyinin fəaliyyəti təqdirəlayiqdir və ortaq Türk dəyərlərinə xidmət edir.”

Görüşdə iştirak edən Türkiyənin Azərbaycandakı sabiq səfiri və “İMZA”nın Türkiyə üzrə rəsmi nümayəndəsi Hulusi Kılıç isə qeyd edib ki, təşkilat artıq bütün Türk dünyasında tanınır və geniş rəğbətlə qarşılanır. O vurğulayıb ki, ortaq maraqlara xidmət edən layihələrin artırılması birliyin güclənməsinə xidmət edir:

“Türk dövlətləri arasında ortaq layihələrin genişləndirilməsi üçün ‘İMZA’ mühüm bir körpüdür.”

Görüş səmimi və işgüzar şəraitdə keçib, tərəflər gələcək əməkdaşlıq imkanlarını və birgə layihələri müzakirə ediblər. Sonda xatirə fotoları çəkilib.

Seçilən
6
3
yeniazerbaycan.com

4Mənbələr