AZ

Avtobuslarda ödəniş sistemi bir neçə qapıdan tətbiq olunmalıdır EKSPERTDƏN AÇIQLAMA

Baku.ws saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İctimai nəqliyyatda nağdsız ödəniş imkanlarının bölgələrdə də tətbiq olunması son dövrlər aktuallaşan mövzulardandır. Bəs hazırda bu istiqamətdə hansı işlər görülür? "BakıKart" və ya digər ödəniş sistemlərinin regionlara inteqrasiyası mümkündürmü?

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev mövzu ilə bağlı BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, ölkə üzrə ictimai nəqliyyatda nağdsız ödəniş sisteminə keçid vacibdir və bu sahədə artıq ilkin addımlar atılıb:

"Ümumiyyətlə, nağdsız ödənişlərin bütün ölkə üzrə nəqliyyatda tətbiqinə ehtiyac var. Bu yöndə artıq ilkin addımlar atılır. Belə ki, Şamaxı şəhərində bu sistem tətbiq olunub. Hətta deyərdim ki, bu şəhər ilk bölgədir ki, burada bank kartı ilə ödəniş mümkündür. Gəncədə aktiv işlər görülür, Şuşada da bu sistem mövcuddur. Yaxın zamanlarda Naxçıvanda da bu proses həyata keçiriləcək. Sumqayıtda isə test rejimində tətbiq olunsa da, sonradan ləğv edildi. Düşünürəm ki, bu sistem orada da bərpa olunmalıdır".

Ekspert hesab edir ki, bu proses bütün böyük şəhərlərdə reallaşdırılmalıdır. Bu isə həm sərnişinlər, həm də sistem üçün əlavə üstünlüklər yaradacaq:

"Bu həm vaxta qənaət edir, həm də vətəndaşlara müxtəlif ödəniş imkanı təqdim edir. Lakin bunun üçün sərnişindaşıma və ictimai nəqliyyatın biznes modellərində ciddi dəyişikliklər olmalıdır. "Plan müqavilələ"rindən "Brutto müqavilə"lərə keçid mütləqdir. Dövlət hər kilometrə görə daşıyıcını subsidiya etməli və əməliyyat xərclərini qarşılmalıdır. Bu, riskləri minimuma endirər, sahəni həm investorlar, həm də daşıyıcılar üçün daha cəlbedici edər".

Rauf Ağamirzəyev onu da əlavə edib ki, bu model dövlətin daşıyıcılara qarşı daha ciddi tələblər irəli sürməsinə imkan yarada bilər. Həmçinin bu yanaşma ictimai nəqliyyatda müxtəlif bilet paketlərinin yaradılmasına şərait yaradar.

Ekspert, eyni zamanda, dünya təcrübəsinə istinad edərək qeyd edib ki, ödənişlərin tək bir qapıdan deyil, bir neçə qapıdan həyata keçirilməsi daha effektiv ola bilər:

"Sərnişin avtobusa bir neçə qapıdan minib-düşmək imkanı qazanır. Bu isə vaxta qənaət baxımından effektiv üsuldur".

Şahanə Xankişiyeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
1
baku.ws

2Mənbələr