AZ

Rusiya Zaporojye bölgəsinə hava zərbəsi endirdi: ÖLƏNLƏR VƏ YARALANANLAR VAR -VİDEO

Rusiya qoşunları bu gün səhər saatlarında Zaporojye bölgəsinə hava zərbəsi endirib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Zaporojye regional dövlət administrasiyasının (RSA) rəhbəri İvan Fyodorov məlumat verib.

 

O, “Telegram” kanalında yazıb: “Hava hücumu nəticəsində binalara ziyan dəyib. Ən azı üç qurbanın olduğu məlumdur”.

 

Regional administrasiya rəhbəri bildirib ki, Rusiya hərbi aviasiyasının hücumu nəticəsində yaralıların sayı 4-ü uşaq olmaqla 12 nəfərə çatıb. Bundan əlavə, azı 9 binaya ziyan dəyib.

 

“Vəziyyəti ağır və orta-ağır olan 5 nəfər xəstəxanaya çatdırılıb”, - deyə Fyodorov əlavə edib.

 

Seçilən
12
6
senzor.az

7Mənbələr