Dünya yeni virus növünün yayılması ilə üz-üzədir.
Missiya.Az “Al Jazerra” telekanalına istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının səhiyyə işçilərinin məlumatına görə, ağcaqanadlarla ötürülən virus Asiya, Afrika, Avropa, Latın Amerikası və Hind okeanının bəzi hissələrinə yayılmaqda davam edir.
Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzindən (ECDC) isə bildirilib ki, 2025-ci ilin əvvəlindən bəri 16 ölkədə çikungunya virusuna təxminən 240000 yoluxma və 90 ölüm qeydə alınıb.
Qeyd edək ki, ən yüksək göstəricilərə sahib Çində virusa cari ilin iyun ayından bəri təxminən 7000 insan yoluxub.
İlahə QənbərliMissiya.Az