AZ

Fransız müharibə abidəsinin məşəlindən siqaret yandıran şəxsə qarşı ittiham

ain.az, Bizimyol saytına istinadən bildirir.

Parisdəki məşhur müharibə abidəsinin alovundan siqaret yandıran kişinin videosu sosial şəbəkələrdə geniş yayılaraq qəzəbə səbəb olub.

Bizimyol.info xəbər verir ki, Fransanın veteranlar və xatirə işləri naziri Patrika Miralles anonim şəxsə qarşı hüquqi addım atacağını açıqlayıb.

Videoda bir kişi, "Champs-Élysées" prospektinin üzərindəki Qələbə Tağı altındakı Naməlum Hərbçinin Məzarının yanındakı alovdan siqaretini yandırır, sonra isə turistlərin baxışı altında soyuqqanlı şəkildə uzaqlaşır. Bu görüntülər sosial şəbəkələrdə böyük narazılığa səbəb olub.

Miralles "X"də yazdığı mesajda: “Mən dərhal Paris prokurorluğuna müraciət edəcəyəm ki, bu adam tapılsın və ona cəza tətbiq edilsin, beləliklə, nümunə göstərilsin. Fransızların xatirəsini bu cür alçaltmaq olmaz”, - deyə bildirib.

Məzar "Champs-Élysées" prospektinin başında yerləşən Qələbə Tağının altında, Birinci Dünya Müharibəsində həlak olan bir hərbçinin qalıqlarını saxlayır və Fransanın müharibə şəhidlərinə həsr edilib. Miralles: “Bu alov siqaret yandırmaq üçün yanmır, o, milyonlarla hərbçimizin xaritəsini yad etmək üçün yanır. Bu, bizim ölülərimizə, tariximizə və millətimizə təhqirdir”, - deyə qeyd edib.

AFP videoun mənşəyini müəyyənləşdirə bilməyib. "Le Figaro" qəzetinin məlumatına görə, video 4 avqust axşamı Latviya vətəndaşı olan bir turist tərəfindən çəkilib və ilk dəfə "TikTok"da paylaşılıb.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
42
bizimyol.info

1Mənbələr