AZ

Zaxarova: “ABŞ Xirosima və Naqasaki faciəsinə görə hələ də tövbə etmir”

ABŞ Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atılmış nüvə bombalarına görə hələ də təəssüf etmir.

Doğru.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Sputnik” radiosunun efirində danışıb.

“Onlar tövbə etmədən, hər şeyi düzgün etdiklərini düşünməkdə israr edirlər. Problem də məhz budur – tövbə etməyiblər”, – deyə Zaxarovanın fikrini RİA Novosti sitat gətirib.

Onun sözlərinə görə, Xirosima və Naqasakinin bombalanması artıq saxtakarlıq mənbəyinə çevrilib.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ-ın “New York Post” qəzeti Xirosima və Naqasakiyə atılan nüvə zərbələrini “yüz minlərlə insanın həyatını xilas edən” addım kimi təqdim etmişdi.

DOĞRU.AZ

Seçilən
15
1
dogru.az

2Mənbələr