"Azərbaycanla Ermənistan arasında razılaşdırlmış sülh müqaviləsinin müəllifi də Prezident İlham Əliyevdir. Məhz cənab Prezidentin rəhbərliyi altında yaratdığımız yeni reallıq Ermənistanı sülhə məcbur edir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov deyib: "Düzdür, müzakirələr, görüşlər müxtəlif polatformalarda keçirilə bilər. Amma ən səmərəli görüşlər ikitərfli keçirlən görüşlərdir. Belə ki, 10 iyulda Abu-Dabidə keçirlmiş görüşü nəticəyönümlülüyünə görə yüksək dəyərləndirmək olar. ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Ağ evdə keçiriləcək görüş də çox əhəmiyyətli olacaqdır. Bu görüşdə sülh gündəliyin kifayət qədər irəlilədəcəyini hesab edirəm. Yəni görüşdə sülh müqaviləsinin paraflanması və ya da hər hansı bir memorandum imzalana bilər. Amma bu yekun sülh müaviləsi olmayacaqdır. Yekun sülh müqaviləsinin imzalanması üçün əsas tələbimiz olan Ermənistanın konstitusiyasından Azərbaycana qarşı ərazi iddiaların çıxarılması və Minsk qrupun ləğvi ilə bvağlı ATƏT-ə birgə müraciətin göndərilməsi ilə bağlı mövqeyimiz dəyişilməzdir. Bu iki məsələ həll olunadan sonra yekun sülh sənədi istənilən məkanda imzlamaq olar. Yekun sülh müqaviləsi imzlanandan sonra 30 illik bir münaqişəyə ədalətlə son qoyulduğuna görə Prezident İlham Əliyevi Sülh Mükafatına təqdim olunmalı olduğunu hesab edirəm. Çünki, bu mükafatın əsl sahibi cənab Prezidentdir".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31