AZ

Avropanın qaz anbarları 70% dolub

Avropanın qaz anbarları 70% dolub, bu barədə “Gas Infrastructure Europe” məlumat verib. Bildirilir ki, bu, son beş ildəki orta göstəricidən 7.8 faiz bəndi aşağıdır.

Avropa İttifaqı (Aİ) mayeləşdirilmiş qaz (LNG) bazarında artan rəqabət, bərpa olunan enerji ehtiyatlarının azalması və “Qazprom” qazına qəsdən girişin məhdudlaşdırılması fonunda qışa hazırlaşır.

2025-ci ilin iyul ayında Avropa LNG vasitəsilə idxal edilən 11.3 milyard kubmetr qaz (mayeləşdirilmiş formada 8.7 milyon ton) istifadə edib ki, bu da bir il əvvəlkindən 37% çoxdur.

2025-ci ilin iyul ayında Avropanın TTF qovşağında təbii qazın qiyməti orta hesabla min kubmetr üçün 401 dollar olub ki, bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə 11% çoxdur.

Seçilən
26
banker.az

1Mənbələr