AZ

Tramp bu gün bəyanat verəcək

Bu barədə "Roll Call" qəzetində Donald Trampın iş qrafiki üzrə cədvəldəməlumatyayımlanıb. Məlumata görə, prezidentin çıxışı yerli vaxtla saat 16:30-da başlayacaq.

Yerli mətbuatın fərziyyəsinə əsasən, bəyanatda ABŞ-nin xarici məhsullar üçün irəli sürəcəyi əlavə gömrük rüsumları açıqlana bilər. Belə ki, Donald Tramp avqustun 4-də özünün "Truth" hesabında yazmışdı ki, Rusiya neftinin idxalına və yenidən satışına görə Hindistana qarşı rüsumlar "əhəmiyyətli dərəcədə" artırılacaq.
İsveçrə saatlarına Tramp zərbəsi:Səhmlər ucuzlaşır

Xatırladaq ki, avqustun 1-də ABŞ Prezidenti Donald Trampın imzaladığı sərəncamla "qlobal ticarəti Vaşinqtonun xeyrinə yenidən formalaşdırmaq məqsədilə" onlarla ölkəyə yüksək tariflər irəli sürülüb. İxrac tarifləri çərçivəsində ən yüksək göstərici (50%) Braziliyanın "payına düşüb". Eyni zamanda, İsveçrədən gələn mallara 39%, Kanada üçün 35%, Hindistan üçün 25%, Tayvan və Türkiyə üçün 20%, İsrail üçün 15% gömrük rüsumu nəzərdə tutulub. Sərəncamda vurğulanmayan bütün digər ölkələr üçün gömrük rüsumu isə 10%-də qərarlaşıb.

Firudin Həmidli
AzVision.az
Seçilən
5
2
azvision.az

3Mənbələr