AZ

“Turan Tovuz”un Türkiyə hazırlığı – 4 oyun, 1 qol

“Turan Tovuz”un Türkiyə toplanışı başa çatıb.

Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv burda 4 sınaq matçı keçirib və qələbə qazana bilməyib. Türkiyənin I Liqa təmsilçiləri “Çorum”la (1:1) və “Keçiörengücü” (0:0) ilə heç-heçə edən tovuzlular Albaniyanın “Flamurtari” və Mərakeşin “Vidad” klublarına eyni hesabla – 0:1-lə uduzub.

“Turan Tovuz” ümumilikdə 4 yoxlama oyunun cəmi 1 qol vurub.

Son olaraq heyətini İbrahima Vadji ilə gücləndirən bölgə təmsilçisi bundan öncə isə Filip Ozobiç, David Tavareş kimi oyunçuları heyətinə qatan “Turan Tovuz”un mövsümöncəsi hazırlığını nəticələr baxımından qənaətbəxş hesab etmək olmaz. Düzdür, yoxlama görüşlərində nəticələr önəmli deyil, lakin 4 oyuna 1 qol vurmaq komandada xüsusilə hücum sarıdan hələ çatışmazlıqlar olduğunu xəbər verir.

“Turan Tovuz” Premyer Liqanın ilk turunda “İmişli” ilə qarşılaşacaq. Oyunun başlama vaxtı açıqlanmayıb.

Şahin Cəfərov

Seçilən
8
futbolpress.az

1Mənbələr