AZ

Cəbrayılda ilk dəfə “Səyyar Gənclər Xidməti” layihəsi keçirilib (FOTO)

Bakı.Trend:

Son bir neçə il ərzində Azərbaycan Respublikasının GənclərFondunun dəstəyi ilə Azərbaycanın müxtəlif şəhər və rayonlarında, ocümlədən ucqar kəndlərində keçirilən “Səyyar Gənclər Xidməti”layihəsi bu il “Suveren dövlət, vətənpərvər gənclik” şüarı altındatəşkil edilir. İlk dəfə olaraq layihənin açılışı Azərbaycanınişğaldan azad olunmuş ərazilərində - Cəbrayıl şəhərində baş tutub.Açılışa Cəbrayıl və Zəngilandan olan gənclər qoşulublar.

Dövlət başçısı tərəfindən elan olunan 2025-ci il “Konstitusiyavə Suverenlik İli” çərçivəsində təşkil edilən bu ilki “SəyyarGənclər Xidməti” layihəsinin əsas məqsədi region gənclərini Ali Başkomandan İlham Əliyevin rəhbərliyi ilə bütün ölkə ərazisindəsuverenliyimizin bərpasının əhəmiyyəti ilə tanış etmək, uğurlahəyata keçirilən dövlət gənclər siyasətinin yaratdığı imkan vəxidmətlərin, o cümlədən, məşğulluq, innovasiya və digər sahələrdəhəyata keçirilən təşəbbüslərin regionlarda yaşayan gənclər üçünəlçatanlığına töhfə verməkdən ibarətdir.

Layihənin açılış mərasimi Dövlət Himnin səsləndirilməsi vəölkəmizin suverenliyi uğrunda canından keçən şəhidlərimizin əzizxatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında PrezidentinXüsusi Nümayəndəliyinin böyük məsləhətçisi Nicat Kərimov,Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoruvəzifəsini icra edən Yusif Vəliyev və Gənclərin İnkişaf və KaryeraMərkəzinin baş direktoru Azər Əliyev çıxış edərək Səyyar GənclərXidmətinin ölkə gəncləri üçün əhəmiyyətini vurğulayıblar. Layihəölkə gənclərinin maarifləndirilməsi və onların dövlətçilikdəyərlərinə bağlılığının gücləndirilməsi istiqamətində atılan mühümaddımlardan biri kimi qiymətləndirilib.

Qeyd olunub ki, bu təşəbbüs regionlarda yaşayan gənclərin sosialaktivliyini artırmaqla yanaşı, onların bilik və bacarıqlarınıninkişafına, vətənpərvərlik ruhunun yüksəldilməsinə öz töhfəsiniverəcəkdir. Tədbirin rəsmi hissəsi gənclərin ifasındavətənpərvərlik ruhunda musiqili çıxışlarla yekunlaşıb.

Daha sonra Səyyar Gənclər Xidməti çərçivəsində açıq havaşəraitində Cəbrayıl və Zəngilanda yaşayan gənclər üçün dövlətgənclər siyasəti, eləcə də onların maraqlarını əhatə edəcək ixtisasseçimi, karyera planlaması, şəxsi inkişaf, könüllülük, əsas həyatbacarıqları kimi mövzularda maarifləndirici təlimlər və sessiyalarkeçirilib.

Bununla yanaşı, tədbir ərazisində gənclərin istedad vətəşəbbüslərinin üzə çıxarılması məqsədilə interaktiv fəaliyyətlər –vörkşoplar, master-klasslar, viktorinalar və intellektual oyunlartəşkil edilib. Gənclər üçün nəzərdə tutulan stolüstü oyunlar,komanda əsaslı əyləncəli proqramlar vasitəsilə onların asudəvaxtlarının səmərəli təşkili təmin olunub. Tədbir zamanı təşkilolunan fəaliyyətlərdə fəallığı ilə seçilən gənclərmükafatlandırılıb.

Qeyd edək ki, Səyyar Gənclər Xidməti layihəsi AzərbaycanRespublikasının Gənclər Fondunun dəstəyi, “Gənc Könüllülər” İctimaiBirliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgətəşkilatçılığı ilə həyata keçirilir. Layihənin 2025-ci ilin oktyabrayının sonunadək respublikanın 15 şəhər və rayonunda ucqarkəndlərdə yaşayan minlərlə gənci əhatə etməsi planlaşdırılır.

Cəbrayılda
Cəbrayılda
Cəbrayılda
Cəbrayılda
Cəbrayılda
Cəbrayılda
Cəbrayılda
Cəbrayılda
Cəbrayılda
Cəbrayılda
Cəbrayılda
Cəbrayılda
Cəbrayılda
Cəbrayılda
Cəbrayılda
Cəbrayılda
Cəbrayılda
Cəbrayılda
Cəbrayılda
Cəbrayılda
Cəbrayılda
Cəbrayılda
Seçilən
10
5
az.trend.az

6Mənbələr