AZ

Dopinqə görə futboldan uzaqlaşdırılan oyunçu yeni mövsümün iştirak ərizəsinə daxil edildi

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İngiltərə Premyer Liqasının rəsmi saytında dərc olunan məlumata görə, "Çelsi" dopinq səbəbindən futboldan uzaqlaşdırılan Mixail Mudriki 2025/26 mövsümü üçün hazırladığı iştirak ərizəsinə daxil edib.

Oxu.Az xəbər verir ki, qanında meldonium aşkar edilən vaxtdan ukraynalı rəsmi oyunlarda iştirak etməyib.

Daha əvvəl bildirilmişdi ki, "Çelsi" oyunçunun dopinqdə təqsirli bilinəcəyi təqdirdə müqaviləni pozduğuna görə təzminat tələb etmək üçün onu məhkəməyə verə bilər. Premyer Liqanın yeni mövsümünün ilk oyununda "zadəganlar" doğma meydanda "Kristal Pelas"la qarşılaşacaqlar.

Ukraynalı vinger "Çelsi"nin heyətində sonuncu dəfə 2024-cü il noyabrın 10-da Premyer Liqanın 11-ci turunda "Arsenal"la oyunda meydana çıxıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
oxu.az

1Mənbələr