AZ

Dünyanın çimərlikləri yox olmaq təhlükəsi ilə üz-üzədir - ÖZƏL

Dünyanın müxtəlif bölgələrində yerləşən çimərliklər sahil xəttinin eroziyası səbəbindən yox olmaq təhlükəsi ilə qarşı-qarşıyadır. Olaylar.az xəbər verir ki,  "Financial Times" (FT) yazır ki, bu prosesin əsas səbəblərindən biri sahillərin tədricən qumdan təmizlənməsi və təbii müdafiə baryerinin zəifləməsidir.
Nəşrin yazdığına görə, Mayamidən tutmuş Barselona və Avstraliyanın Qızıl Sahillərinədək yerli hakimiyyətlər sahil eroziyasının qarşısını almaq və çimərlikləri qorumaq yollarını axtarır. Eroziyanın bir hissəsi təbii səbəblərlə bağlı olsa da, vəziyyəti ildən-ilə güclənən fırtınalar, insan fəaliyyətindən qaynaqlanan iqlim dəyişikliyi daha da ağırlaşdırır. Buzlaqların əriməsi nəticəsində dəniz səviyyəsinin qalxması sahillərin təhlükə altında qalmasına səbəb olur. Sahil xəttinin bərpası üçün süni şəkildə qum gətirilir. Qum sahilləri daşqınlardan qoruyan əsas təbii sipər rolunu oynayır. Lakin bu prosesin özü də çətinləşir , çünki qumun qiyməti sürətlə artır, təchizatı isə tikinti sektoru və digər sahələrdəki tələbat səbəbilə azalır. ABŞ-nin Rodante şəhərində 2020-ci ildən bəri sahil eroziyası səbəbindən 11 ev okeana uçub. Yerli hakimiyyət bildirir ki, çimərliklərin bərpası üçün 40 milyon dollardan çox vəsait tələb olunur, lakin bu qədər büdcə imkanları yoxdur. Barselonada isə hər il 30 min kubmetr qum itirilir ki, bu da təxminən 12 olimpiya ölçülü hovuzun tutumuna bərabərdir.
FT xəbərdarlıq edir ki, görülən tədbirlərə baxmayaraq, bəzi çimərliklər gələcəkdə tamamilə yox ola bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
7
olaylar.az

1Mənbələr