AZ

“Qarabağ” bu futbolçunun transferindən İMTİNA ETDİ

“Qarabağ” klubu braziliyalı futbolçu Lukas Ventura ilə danışıqları dayandırıb. 

Bizim.Media xəbər verir ki, rəhbərlik futbolçu ilə bir müddət maraqlansa da, onunla maliyyə məsələsində tam razılıq əldə olunmayıb. 

Ancaq qış fasiləsində Ağdam klubu yenidən Ventura variantına qayıda bilər. 

Xatırladaq ki, İsrailin “Hapoel” Beir Şiva klubunun şərəfini qoruyan braziliyalı müdafiəçinin komanda ilə növbəti mövsümün sonuna qədər müqaviləsi var.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
64
44
bizim.media

1Mənbələr