AZ

Fənərbağça nın Kerem Aktürkoğlu üçün göndərdiyi xüsusi təyyarə Portuqaliyadan boş döndü

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Benfika"da çıxış edən Kerem Aktürkoğlunu transfer etməyi planlaşdıran "Fənərbağça" klubu özəl təyyarəsini Portuqaliyaya göndərsə də, təyyarə İstanbula əliboş dönüb.

Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, buna səbəb "Benfika" klubunun rəhbərliyinin futbolçularını satmaqdan imtina etməsi olub.

Belə ki, "Fənərbağça" klubu "Feyenoord" səddini keçəcəyi təqdirdə "Benfika" klubunun rəqibi olduğundan Portuqaliya klubu Keremin Türkiyə təmsilçisinə keçidi üçün icazə verməyib.

Qeyd edək ki, "Fənərbağça" Kerem Aktürkoğludan əlavə Merih Demiralı da transfer etmək istəsə də, tərəflər razılaşa bilməyiblər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
oxu.az

1Mənbələr