AZ

AMB-də fintex subyektlərinin Ani Ödənişlər Sisteminə inteqrasiyası müzakirə edilib

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankında (AMB) 2025-ci ilin ilk yarımili üzrəfintex ekosistemində müşahidə olunan əsas trendlər və inkişafprioritetləri ətraflı müzakirə olunub.

Bu barədə TrendAMB-yə istinadən xəbər verir.

Belə ki, Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilov AzərbaycanFintex Assosiasiyasının nümayəndələri ilə növbəti görüş keçirib.Görüş zamanı 2025-ci ilin ilk yarımili üzrə fintex ekosistemindəmüşahidə olunan əsas trendlər və inkişaf prioritetləri ətraflımüzakirə olunub.

Bununla yanaşı, Ani Ödənişlər Sisteminin əhatə dairəsiningenişləndirilməsi və fintex subyektlərinin bu sistem vasitəsiləinnovativ həllərə çıxış imkanlarının artırılması, eləcə də,elektron pul və ödəniş təşkilatlarının fəaliyyətlərinin ƏL/TMM vəinformasiya təhlükəsizliyi üzrə qanunvericilik tələblərinə tamuyğunluğunun təmin edilməsi və komplayens risklərinin effektividarə olunması məsələləri görüş iştirakçılarının diqqətinəçatdırılıb.

Görüşdə, həmçinin, xüsusi tənzimləmə rejiminintəkmilləşdirilməsi və tətbiq imkanları, açıq bankçılıq sahəsindəaparılan işlər, virtual aktivlər və onların təminatçılarınınfəaliyyətini tənzimləyən qanun layihəsinin hazırlanmasına dairfikir mübadiləsi aparılıb.

Seçilən
101
8
az.trend.az

9Mənbələr