İtaliyanın "Roma" klubu Polşanın istedadlı müdafiəçisi Yan Ziolkovskini transfer etməyə hazırlaşır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə tanınmış jurnalist Nikolo Şira məlumat yayıb.
20 yaşlı futbolçunun transfer hüquqları hazırda Polşanın "Legiya" klubuna məxsusdur. Məlumata görə, tərəflər arasında ilkin razılaşma əldə olunub və sövdələşmənin dəyəri təxminən 6 milyon avro olaraq qiymətləndirilir.
Əgər transfer reallaşarsa, Ziolkovski "Roma" ilə 2030-cu ilin ortalarına qədər uzunmüddətli müqavilə imzalayacaq.