AZ

Şahin Mustafayev Fərzanə Sadiqlə müzakirələr apardı

Azərbaycan baş nazirin müavini Şahin Mustafayev və  İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq arasında görüş olub.

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, İran-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Müştərək Komissiyasının rəhbərləri iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın inkişafı, xüsusilə iqtisadi sahədə əməkdaşlıq məsələlərini müzakirə edib və fikir mübadiləsi aparıblar. 

Onlar birgə sərhəd layihələrinin, o cümlədən Astara sərhəd terminalı və tikilməkdə olan sərhəd körpülərinin həyata keçirilməsinin sürətləndirilməsinin vacibliyini vurğulayıblar. Marqarita pizza

Şahin Mustafayevin yaxın vaxtlarda birgə layihələrin son icra vəziyyətini qiymətləndirmək üçün İslam Respublikasının Astara şəhərinə səfəri razılaşdırılıb. Həmin səfər zamanı İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiya çərçivəsində iki ölkə arasında müxtəlif iqtisadi məsələlər müzakirə olunacaq, tərəflər layihələrin irəliləyişinə və mümkün maneələrin aradan qaldırılmasına dair danışıqlar və fikir mübadiləsi aparacaqlar.


Telegram kanalımız
Seçilən
74
2
yenisabah.az

3Mənbələr