AZ

Argentina prezidenti: Bundan sonra təhqirdən istifadə etməyəcəm

Argentina prezidenti Xavyer Miley bildirib ki, bundan sonra ictimai çıxışlarda təhqirlərdən istifadə etməyəcək...

Poliqon xəbər verir ki, bu barədə La Nacion qəzeti məlumat yayıb.

"Mən bunu edəcəm: onların (opponentlərin) ideyaları müzakirə etmək qabiliyyətinə malik olub-olmadığını görmək üçün təhqirlərdən istifadə etməyi dayandıracağam", deyə Miley Buenos Ayresdə Faro Fondunun tədbirində bildirib.

Prezidentin sözlərinə görə, onun siyasi opponentləri forma üstündə mübahisə edir, lakin mahiyyətlə bağlı mübahisə etməyə intellektual səviyyələri yoxdur.

Son 100 gün ərzində Miley sosial şəbəkələrdə müsahibə, çıxış və açıqlamalarda 611 dəfə təhqirdən istifadə edib. Argentina prezidenti vəzifəsinə başlayandan bəri Miley siyasi rəqiblərinə qarşı 4000-dən çox təhqir və aşağılayıcı ifadələr işlədib.

Mart ayında Argentina hökumətinin məşvərət şurasının rəhbəri Demian Reidel ölkənin yeganə probleminin əhalisi olduğunu söyləyib. Siyasətçi daha sonra diqqətsiz açıqlamasına görə üzr istəyib.

Poliqon.info

Seçilən
13
poliqon.info

1Mənbələr