AZ

Tramp xələfinə işarə etdi “O, əla iş görür”

525.az saytına istinadən ain.az xəbər verir.

ABŞ prezidenti Donald Trampın iki gün əvvəl “CBNC News kanalına” müsahibəsində “üçüncü müddətə namizədliyini nəzərdən keçirmədiyi” ifadəsi müzakirələrə səbəb olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ lideri dünən Ağ Evdə keçirilən imzalanma mərasimində bununla bağlı jurnalistlərin suallarını cavablandırıb. Media nümayəndələri ilə söhbət zamanı Tramp xələfi olaraq ABŞ-nin hazırkı vitse-prezidenti Cey Vensi gördüyünü açıqlayıb.

“Sizdən sonra Respublikaçılar Partiyasının namizədi Cey Vens olacaq?” sualına Tramp belə cavab verib:

"Məncə, bu, çox böyük ehtimaldır. Ədalətli olmaq lazımdır, o, hazırda vitse-prezidentdir və əla iş görür. Mən də düşünürəm ki, Vens dövlət katibi Marko Rubio ilə birgə çox yaxşı çalışacaq. Əlbəttə, bu barədə danışmaq hələ tezdir, amma Vens işinin öhdəsindən çox yaxşı gəlir”.

İbrahim Cəfərov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
50
525.az

1Mənbələr