Yaponiyanın Baş naziri Xirosimanın bombalanmasının 80 illiyi münasibətilə keçirilən mərasimdə ABŞ-nin adını çəkməyib.
İnterpress.az xəbər verir ki, bu barədə Yaponiya KİV yazıb.
Bildirilir ki, Yaponiyanın Baş naziri İşiba Xirosimanın bombalanmasının 80 illiyi münasibətilə keçirilən mərasimdə ABŞ-ni xatırlamayıb.
“80 il əvvəl bu gün atom bombası partlayıb, 100.000-dən çox qiymətli insanın həyatını itirdiyi və sağ qalanlar üçün ağır, dözülməz günlər gətirdiyi güman edilir. Baş nazir kimi mən atom bombası qurbanlarının yasını tuturam”, – İşiba deyib.
Xuraman Etibarlı
İnterpress.az