ain.az, Apasport saytına istinadən bildirir.
“Liverpul”un futbolçusu Tayler Morton karyerasını Fransada davam etdirəcək.
Apasport.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi “Lion” klubuna transfer olunub.
Bu barədə Fransa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, Mortonla 5 illik müqavilə imzalanıb. “Lion” bu transfer üçün “Liverpul”a 10+5 milyon avro ödəyəcək. Bundan əlavə, İngiltərə klubu futbolçunun növbəti satışından 20 faiz pay əldə edəcək.
Qeyd edək ki, Tayler Morton “Liverpul”un yetirməsidir. O, bu komandanın heyətində 14 rəsmi matçda meydana çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
“Vest Hem”in Sterlinq planı
Silva “Borussiya”nın hədəfində
Dünya çempionu vəfat edib
Super Liqada üç oyun ertələndi - TFF AÇIQLADI
"Mançester Yunayted"dən Şeşkoya təklif
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.