ain.az, Missiya.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqlə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev görüşüb.
Missiya.Az xəbər verir ki, görüşdə iki ölkə arasında iqtisadi və inzibati əməkdaşlıq, xüsusilə də birgə sərhəd layihələrinin icrası müzakirə olunub.
Söhbət zamanı hər iki tərəf Astara sərhəd terminalı və tikilməkdə olan sərhəd körpüləri də daxil olmaqla, mövcud layihələrin həyata keçirilməsinin sürətləndirilməsinin vacibliyini vurğulayıb.
Məlumata görə, tərəflər, habelə yaxın vaxtlarda Şahin Mustafayevin İranın Astara şəhərinə səfəri ilə bağlı razılığa gəliblər.
Qeyd olunub ki, səfər çərçivəsində İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın iclası keçiriləcək və iki ölkə arasında müştərək layihələrin cari icra vəziyyəti qiymətləndiriləcək. Görüşlərdə layihələrin irəliləməsi, qarşıda duran problemlərin həlli və əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılacaq.
Daşqın HəsənovMissiya.Az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.