Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Türkiyə Ali Hərbi Şurasının iclasında Baş Qərargah rəisi, general-polkovnik Metin Gürakın vəzifəsindən azad edildiyi açıqlanıb.
Oxuməni.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Cümhuriyyəti Prezident Administrasiyası məlumat yayıb.
Quru Qoşunlarının komandanı general-polkovnik Səlcuq Bayraktaroğlu Baş Qərargah rəisi təyin edilib.
1-ci Ordu komandanı general-leytenant Metin Tokel Quru Qoşunlarının komandanı təyin edilib. Hərbi Dəniz Qüvvələri komandanı admiral Ərcüment Tatlıoğlu və Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Ziya Camal Kadıoğlunun səlahiyyət müddəti bir il uzadılıb.
Almaz Həsənli