Fransanın “Marsel” klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Futbolpress.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Yuventus”dan Timoti Veanı transfer etməyə yaxındır. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Amerikalı futbolçu danışıqları yekunlaşdırmaq üçün Marselə gəlib.
Vea ötən mövsümdə A Seriyasında 30 oyunda 5 qol vurub, 2 məhsuldar ötürmə edib.