AZ

Diddi ümidini Trampa bağlayıb: Əfv danışıqları başladı

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İnsan alveri və cinsi istismarda ittiham olunan məşhur musiqiçi və prodüser Diddinin (əsl adı Şon Kombs) komandası ABŞ Prezidenti Donald Trampın Administrasiyası ilə əlaqə saxlayaraq musiqiçinin mümkün əfvi məsələsini müzakirə edib.

Oxu.Az-ın məlumatına görə, bu barədə musiqiçinin vəkili Nikol Uestmorlend CNN televiziya kanalına müsahibəsində bildirib.

O qeyd edib ki, Kombs əfv olunacağına ümidini itirmir.

Bundan əvvəl mediada xəbər yayılmışdı ki, Tramp Şon Kombsun əfv edilməsi imkanını ciddi şəkildə nəzərdən keçirir.

Xatırladaq ki, iyulun 2-də Manhettendəki Andlılar Məhkəməsi Kombsu beş ittihamdan ikisi üzrə təqsirli bilib.

2024-cü il sentyabrın 17-də Diddi cinsi istismar məqsədilə insan alveri, cinayət sövdələşməsi və fahişəliyə yardım ittihamları ilə həbs edilib. Polis onun evində seks oyuncaqları dəstləri, minlərlə uşaq yağı şüşəsi və qeydiyyatsız odlu silah aşkar edib. Diddi təqsirli bilinsə, ömürlük həbs cəzasına və ya minimum 15 il azadlıqdan məhrumetməyə məhkum oluna bilər. Musiqiçi ittihamların hamısını rədd edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
oxu.az

1Mənbələr