AZ

Tesla İlon Mask üçün 30 milyard dollarlıq mükafat paketini təsdiqləyib

Ümumilikdə Mask 96 milyonluq səhm alacaq, əsas şərt isə rəhbərlikdə qalmasıdır...

Tesla şirkəti baş direktor İlon Mask üçün 30 milyard dollar dəyərində səhm əsaslı mükafat paketini təsdiqləyib.

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi məlumat yayıb.

Şirkət 6 noyabrda keçiriləcək illik yığıncaqda Maskın uzunmüddətli motivasiya strategiyasının səsverməyə çıxarılacağını bəyan edib. Yeni razılaşmaya əsasən, Mask 96 milyon Tesla səhmilə mükafatlandırılacaq. Lakin bu mükafatın verilməsi üçün o, daha iki il ərzində baş direktor vəzifəsində qalmalıdır.

Tesla-nın İdarə Heyəti səhmdarlara ünvanladığı məktubda Maskın şirkətdə saxlanmasının strateji əhəmiyyətini vurğulanıb. Bildirilib ki, bu mükafat paketi “xoşniyyətli əməkdaşlıq” üçün ilk addımdır:

“Razılaşma razılaşmadır”, deyə məktubda qeyd olunub.

Qeyd edək ki, bu, Tesla-nın Mask üçün irəli sürdüyü ilk böyük mükafat planı deyil. O, 2018-ci ildə də oxşar bir müqavilə ilə milyardlarla dollarlıq mükafat almağa haqq qazanmışdı. Lakin bu dəfəki paket şirkətin rəhbərliyində davamlılığın təmin olunması və investorlara sabitliyin nümayiş etdirilməsi məqsədi daşıyır.

Poliqon.info

Seçilən
17
poliqon.info

1Mənbələr