AZ

"Barselona" "Kamp Nou"ya qayıtmaq üçün müraciət etdi: İlk oyun bu tarixdə olacaq?

"Barselona" La Liqada "Valensiya" və "Xetafe"yə qarşı oyunlarını "Kamp Nou" stadionunda keçirməyi planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

Kataloniya klubu sentyabrın 14-ü və 21-də ev oyunlarını öz arenasında keçirmək üçün çempionat rəhbərliyinə rəsmi müraciət edib. Plan reallaşarsa, bu, stadionun yenidənqurmasından sonra "Kamp Nou"da keçiriləcək ilk matçlar olacaq.

Hazırda tamaşaçı sayı 30 minlə məhdudlaşdırılacaq. Gələcəkdə bu rəqəmin əvvəlcə 45 minə, daha sonra isə 60 minə qədər artırılması nəzərdə tutulur.

Seçilən
22
publika.az

1Mənbələr