AZ

Çində yayılan çikunqunya virusu Mərkəzi Asiyaya təhlükə yaratmır

Yazını böyüt
Yazını kiçilt

Çində ağcaqanad dişləməsi ilə keçən çikunqunya virusu sürətlə yayılır. Özbəkistanın Sanitariya-Epidemioloji Rifah və Əhalinin Sağlamlığı Komitəsi bu xəstəliyin qonşu ölkələr üçün hələlik təhlükə yaratmadığını açıqlayıb.

Hafta.az-ın yazdığına görə, komitənin açıqlamasında "Çində yayılan çikunqunya qızdırması Özbəkistan üçün təhlükə yaratmır. Bu xəstəliyi ötürən Aedes aegypti və ya Aedes albopictus ağcaqanadlarına Özbəkistan təbiətində rast gəlinmir" bildirilir.

Qeyd edək ki, çikunqunya virusu ilk dəfə 1952-ci ildə Tanzaniyada aşkar edilib, daha sonra Afrika və Cənub-Şərqi Asiyaya yayılıb. Hazırda bu virus 110-dan çox ölkədə qeydə alınıb. ÜST-ə görə, virusun qarşısını almağın ən təsirli yolu ağcaqanadların çoxaldığı durğun su mənbələrini aradan qaldırmaqdır.

BBC-nin məlumatına görə, Çinin Quangdonq əyalətində yoluxma hallarının sayı 7 mini keçib. Xəstəliyin ən çox olduğu bölgə Foşan şəhəridir ki, burada xəstələr xəstəxanaya yerləşdirildikdən sonra, test nəticələri mənfi olarsa və ya bir həftə müalicədən sonra evə buraxılırlar. Virus adətən qızdırma və şiddətli oynaq ağrılarına səbəb olur. Bəzi hallarda bu ağrı illərlə davam edə bilər.

Ölkədə son bir həftə ərzində təxminən 3 min yeni hadisə qeydə alınıb. Virus yoluxmuş insanı dişləyən ağcaqanadlar vasitəsilə yayılır. Buna baxmayaraq, Çin rəsmi olaraq virusun yoluxucu olmadığını bəyan edib. Rəsmilərin sözlərinə görə, xəstələrin 95 faizi bir həftə ərzində sağalır. Amma xəstəliklə bağlı məlumatın olmaması insanlarda narahatlıq yaradıb.

Seçilən
10
14
hafta.az

10Mənbələr