AZ

Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh sazişi elan oluna bilər - KİV

ABŞ Prezidenti Donald Tramp Ermənistan və Azərbaycan liderlərini Ağ Evdə qəbul edərək, sülh razılaşmasına vasitəçilik etməyə çalışacaq.

Missiya.Az “The Washington Post”a istinadən xəbər verir ki, bu barədə Ağ Evin iki yüksək rütbəli məmuru məlumat yayıb.

Mənbə bildirib ki, bu görüş Azərbaycan və Ermənistan arasında sülh sazişinin elan edilməsinə gətirib çıxara bilər.

Qeyd edək ki, Trampın avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla Ağ Evdə birbaşa görüşü gözlənilir.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
2
1
missiya.az

2Mənbələr