AZ

Qazaxıstanın 17 kəndinin sakinləri alkoqoldan imtina edib

Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanın Kostanay vilayətində 17 kəndin sakinləri spirtli içkidən tamamilə imtina ediblər.

Hafta.az-ın Nur.kz-a istinadən yazdığına görə, bununla da rayonda sərxoş vəziyyətdə törədilən cinayətlərin sayı 3,3 faiz azalıb. Buna səbəb “Mədəni cəmiyyət” layihəsi çərçivəsində 17 kənd sakininin spirtli içkidən tamamilə imtina etməsi olub.

Layihə ictimaiyyət tərəfindən fəal şəkildə dəstəklənir. Şəhər və kəndlərdə vətəndaşlardan, ağsaqqallardan, din alimlərindən, yerli fəallardan ibarət ictimai komissiyalar yaradılıb. Daxili İşlər Nazirliyi bildirir ki, onlar alkoqollu içkilərə əl atmış şəxslərə yardım göstərir, mənəvi dəstək göstərir, izahat işləri aparırlar.

İlin əvvəlindən məhkəmələr tərəfindən spirtli içkilərin hətta evdə belə istehlakının qadağan edilməsi ilə bağlı 2600 qərar çıxarılıb. Bu, ictimai asayişi pozmağa, məişət zorakılığına və xroniki alkoqolizmə meylli şəxslər kimi “təhlükəli qruplar” üzərində nəzarəti gücləndirib.

Məlumat üçün bildirək ki, Kostanay vilayətində 2024-cü ilin sentyabr ayından “Mədəni cəmiyyət” layihəsi həyata keçirilir.Onun məqsədi cinayətin qarşısının alınması, zərərli vərdişlərlə mübarizə, sağlam mədəni mühitin yaradılmasıdır.

Seçilən
1
hafta.az

1Mənbələr