AZ

Kadırovun 17 yaşlı oğlu Çeçenistanda Qəzza üçün yardım toplayır

Yazını böyüt
Yazını kiçilt

Çeçenistan lideri Ramzan Kadırovun 17 yaşlı oğlu Adəm Kadırov respublikadan Qəzza zolağına humanitar yardım toplanması üçün kurator təyin edilib.

Hafta.az-ın yazdığına görə, bu barədə Çeçenistanın dini və ictimai təşkilatlarla qarşılıqlı əlaqələr şöbəsi məlumat yayıb.

“İyulun 30-da Çeçenistanın milli siyasət naziri Əhməd Dudayev Qəzzada qurbanlar üçün vəsait toplayan xeyriyyə təşkilatlarının fəaliyyətini müvəqqəti dayandırdığını açıqlayıb” yazan “Meduza”nın xəbərinə əsasən bu qərar ianələrin toplanmasında şəffaflığın və nəzarətin olmaması səbəbindən verilib.

"Yardımların bir hissəsinin ehtiyacı olanlara çatmaması və ya qadağan olunmuş təşkilatların əlinə keçməsi riski var", - Dudayev qeyd edib.

O, həmçinin vurğulayıb ki, Axmat Kadırov Fondu Qəzzadakı qurbanlara ünvanlı dəstəyi davam etdirir.

İdarə əlavə edib ki, bundan sonra yalnız üç xeyriyyə təşkilatı humanitar yardım toplamaq hüququna malikdir. Onların sözlərinə görə, bütün ianələr qida, dərman və digər zəruri mallar şəklində birbaşa Qəzza sakinlərinə veriləcək.

Bu istiqamətin kuratoru Çeçenistan Respublikasının Təhlükəsizlik Şurasının katibi postunu da tutan Adəm Kadırov təyin edilib.

Bundan əvvəl, 2023-cü ilin sentyabrında Adəm Kadırov Quranı yandırmaqda ittihamlanan Nikita Juravelini istintaq təcridxanasında döyərkən çəkilmiş videonun yayımlanmasından sonra qalmaqalın mərkəzində olmuşdu. Hadisədən sonra o, Rusiyanın vilayətlərində bir neçə ordenlə təltif edilib və Çeçenistanda bir sıra vəzifələr alıb.

Seçilən
0
hafta.az

1Mənbələr