AZ

The Walking Dead ulduzunun faciəvi sonu: Kelli Mak 33 yaşında həyatla vidalaşdı

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ-nin postapоkaliptik fenomen serialı "The Walking Dead"də "Adelina" (Addi) obrazı ilə milyonların qəlbini fəth edən istedadlı aktrisa Kelli Mak cəmi 33 yaşında həyatla vidalaşıb.

Oxu.Az-ın məlumatına görə, faciəli xəbəri aktrisanın bacısı onun şəxsi "Instagram" səhifəsində paylaşıb.

İstedadlı ulduz doğulduğu Ohayo ştatının Sinsinatti şəhərində dünyasını dəyişib.

"Kelli şənbə axşamı anası və xalasının əhatəsində sakitcə vəfat etdi", - deyə paylaşımda qeyd olunub.

Bildirilir ki, aktrisanın ölümünə mərkəzi sinir sisteminin qlioması (beyin toxumasında yaranan aqressiv xərçəng növü) səbəb olub.

"The Walking Dead" serialında yaddaqalan rolu ilə tamaşaçıların sevgisini qazanan Kelli, həmçinin "9-1-1" və "Chicago Med" kimi populyar layihələrdə də iştirak edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
oxu.az

1Mənbələr