AZ

"Mançester Yunayted" müdafiəçisinin transferi ilə bağlı 5 klubun təklifini geri çevirib

İngiltərənin "Mançester Yunayted" klubu yay "transfer pəncərəsi" zamanı müdafiəçi Harri Maquayr ilə bağlı 5 klubun transfer təklifini geri çevirib.

"Report" "Mail Sport"a istinadən xəbər verir ki, bunlardan üçü İngiltərə, ikisi isə İtaliya klubları olub.

Arxa xətt oyunçusunun Mançester təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilə qədərdir. İngiltərə millisinin müdafiəçisinə Türkiyədən "Fənərbağça", "Beşiktaş", "Qalatasaray", Fransadan "Monako" və "Marsel" klubarının da maraq göstərdiyi bildirilib.

Qeyd edək ki, 2019-cu ildən "Mançester Yunayted"in formasını geyinən H.Maquayr meydana çıxdığı 167 matçda 7 qol müəllifi olub.

Seçilən
25
report.az

1Mənbələr