AZ

Azərbaycanlı beynəlxalq etik haker İlkin Cavadov

Oxu.az saytına istinadən ain.az xəbər verir.

Etik haker, beynəlxalq konfransların iştirakçısı, süni intellektlə gücləndirilmiş təhlükəsizlik sistemlərinin qurucusu İlkin Cavadov bu sahədə Azərbaycandan çıxmış nadir mütəxəssislərdən biridir.

Onun fəaliyyəti sadəcə texnoloji bacarıqlardan ibarət deyil, həm də minlərlə insanın təhlükəsizliyinə real təsir göstərmiş nümunələrlə doludur. İlkin Cavadov Almaniya Silahlı Qüvvələrinin (Bundesver) sistemlərini uğurla test edib və aşkar etdiyi zəifliklərə görə medal və təşəkkür məktubu ilə təltif olunub.

Bu, etik haker kimi beynəlxalq səviyyədə tanınmasının ilk bariz nümunələrindən biri olub.

Mənbə

Bundan əlavə, İlkin Cavadov Birləşmiş Krallığın Müdafiə Nazirliyinin (UK Ministry of Defence) sistemlərindəki boşluqları etik şəkildə müəyyən edərək quruma bu barədə məlumat verib. Bu fəaliyyətinə görə rəsmi təşəkkür alaraq, Böyük Britaniya müdafiə strukturlarında da tanınan etik təhlükəsizlik mütəxəssisinə çevrilib.

Təkcə hökumət qurumları deyil, eyni zamanda, bir çox beynəlxalq və regional özəl şirkətlər də İlkin Cavadovun diqqətli təhlilləri və peşəkar bildirişləri nəticəsində təhlükəsizlik sistemlərini gücləndiriblər. Qlobal texnologiya şirkətləri, ödəmə platformaları və bankçılıq strukturları onun aşkar etdiyi zəiflikləri etiraf edərək rəsmi təşəkkürlər, sertifikatlar, "hall of fame" qeydiyyatları və maddi mükafatlar təqdim ediblər.

Onun etik hakerlik sahəsində fəaliyyəti həm texniki dərinlik, həm də peşəkar yanaşma baxımından nümunə göstərilir.

"G&G Consultancy" - İlkin burada etibarlı təhlükəsizlik məsləhətçisi kimi çalışaraq müxtəlif dövlət və özəl sektor müştəriləri üçün təhlükəsizlik auditi, SOC quruculuğu, SIEM inteqrasiyası və risk analizləri sahəsində irimiqyaslı layihələrə rəhbərlik edib. Onun rəhbərliyi altında həyata keçirilmiş testlər nəticəsində bir çox təşkilatın sistemləri ciddi şəkildə möhkəmləndirilib.

"AccessBank Azerbaijan" - İlkin Cavadov bu nüfuzlu bank qurumunda "senior penetration tester" kimi fəaliyyət göstərərək, bankın kritik sistemlərinə qarşı sızma testlərini həyata keçirərək və bir neçə yüksəkriskli zəifliyi aşkarlayaraq bank infrastrukturunun gücləndirilməsinə bilavasitə töhfə verib. Onun tapıntıları təkcə texniki deyil, həm də real təhlükəsizlik risklərinin qarşısını alan canqurtaran həllər olub.

Bu qurumlarla əməkdaşlığı, İlkinin yalnız bir haker deyil, təşkilati miqyasda düşünən və təhlükəsizlik mədəniyyətini inkişaf etdirən peşəkar olduğunu sübut edir.

O, həmçinin GISEC (BƏƏ), GITEX (Dubay), "InCyber Canada", "Defcon 31,33" kimi nüfuzlu kibertəhlükəsizlik konfransları üçün seçilən Azərbaycanı təmsil etmiş ilk şəxslərdən biri kimi tanınır. Bu tədbirlərdə etdiyi təqdimatlar və təqdim etdiyi real dünya haker ssenariləri üzrə yazıları sektor peşəkarları tərəfindən yüksək qiymətləndirilib.

Azərbaycan Texniki Universitetində magistr tələbələrinə kibertəhlükəsizlik dərsləri keçən İlkin real etik hakerlik nümunələri və praktiki yanaşmaları ilə yeni nəsil mütəxəssislərin formalaşmasına töhfə verib. Universitet rəhbərliyi tərəfindən rəsmi təşəkkür alması da bunun göstəricisidir.

Mənbə

İlkin Cavadov yalnız praktiki sahədə deyil, həm də elmi müstəvidə kibertəhlükəsizlik üzrə ciddi töhfələr vermiş mütəxəssisdir. O, "Resilient AI Frameworks for Threat Detection in Modern Educational Systems" (Müasir təhsil sistemlərində təhdidlərin aşkarlanması üçün davamlı süni intellekt çərçivələri) adlı elmi məqalənin həmmüəllifidir.

Bu məqalə təhsil sistemlərinin kibertəhlükələr qarşısında dayanıqlığını süni intellekt modelləri vasitəsilə artırmaq mövzusunu əhatə edir. Tədqiqatda real hücum nümunələri, süni intellekt əsaslı təhdid aşkarlama alqoritmləri və praktik təhlükəsizlik yanaşmaları təqdim olunub.

Mənbə

Məqalə akademik dairələrdə müsbət qarşılanaraq beynəlxalq konfranslarda və elmi bazalarda yayımlanıb. Bu, İlkin Cavadovun sahəsinə elmi yöndən də dəyər qatdığını sübut edən mühüm addımlardan biridir.

Bu gün İlkin Cavadov, Azərbaycanda etik hakerlik sahəsində ilk tanınmış şəxslərdən biri kimi, həm texnologiya, həm də milli informasiya təhlükəsizliyinə xidmət edən müstəsna bir sima kimi qəbul olunur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
oxu.az

1Mənbələr