AZ

Kəpəz dən ayrılaraq Cənubi Afrika klubuna keçən futbolçu oynamaq üçün icazə ala bilmir

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycanlı futbolçu Turan Manafovun yeni komandası "Stellenboş"da debütü yubana bilər.

Oxu.Az Cənubi Afrika mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi ölkə çempionatının startını buraxmaq təhlükəsi ilə üzləşib.

Buna səbəb Manafovun ölkədən iş icazəsinin hələ almamasıdır. Bu üzdən onun CAR çempionatının yeni mövsümünün 1-ci turunda "Kayzer Çifs"lə keçiriləcək oyunda iştirakı gözlənilmir. Buna baxmayaraq, rəhbərlik sənədləşmə işlərini bu günlərdə həll etməyə çalışır.

"Stellenboş"un "Kayzer Çifs"lə ev oyunu avqustun 10-da baş tutacaq. "Kəpəz"dən ayrıldıqdan sonra CAR-a üz tutan cinah müdafiəçisinin debütü bu gedişlə daha sonraya qalacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
oxu.az

1Mənbələr