"Hər bir şirkətin mühasibləri olur. Amma o mühasiblərin nə qədər peşəkar olması sual doğurur. Bu gün çox sayda konsaltinq şirkətləri var. Amma onların xidmətlərinin səviyyəsi olduqca aşağıdır. Bu da onunla bağlıdır ki, bu sahəyə hansısa bir dövlət nəzarəti yoxdur".
Marja.az-ın məlumatına görə, İqtisadiyyat üzrə fəlsəfə doktoru, Azərbaycanın fəxri auditoru Anar Bayramov müsahibəsində audit xidməti sahəsindəki problemlər barədə fikirlərini bölüşərkən deyib.
O, "İxtiyari şəxs mühasib xidməti göstərə bilər" deyərək sözlərinə belə davam edirb:
"Bunun üçün hansısa icazə tələb olunmur. Çox təəssüf ki, Azərbaycan iqtisadiyyatının ürəyi olan mühasibatlığa, maliyyə sisteminə nəzarət mexanizmi mövcud deyil. Kim gəldi bir şirkət açıb, mühasibatlıq xidməti göstərir. Bu da ölkə üçün çox ciddi bir problemdir. Mühasibatlıq tək-tük sahələrdəndir ki, bu xidmət üçün lisenziya tələb olunmur. Bu da audit yoxlaması zamanı çox ciddi problem yaradır. Belə “mühasiblər”ə ən xırda məsələni belə başa salmaq olmur".