AZ

Yay tətilinə çıxacaq olanlara vacib tövsiyələr

Yay ayları tətil planları da gündəmə gəlir. Ancaq rahat bir istirahət üçün düzgün planlama və hazırlıq vacibdir.


Pravda.az yay tətilinə çıxacaq olanlar üçün bəzi məsləhətləri təqdim edir:
 

Erkən planlayın, stressdən uzaq qalın: İstirahətinizi necə keçirmək istədiyinizi əvvəlcədən müəyyən edin – dəniz kənarında sakitlik, yoxsa aktiv gəzinti? Sonra məkan, tarix və planlara uyğun detalları qeydə alın.


Çantanızı yüngül tutun: Geyim və aksessuar seçimində ehtiyacdan artığını götürməkdən çəkinin. Əsas əşyaları – dərman, pul, sənəd əl çantanızda saxlayın.


İnternetə fasilə verin: Hər anı paylaşmaq istəyi sizi real istirahətdən uzaq sala bilər. Mənzərədən və sakitlikdən zövq alın.


Atışdırmalıq götürün: Xüsusilə tanımadığınız şəhərlərdə qəfil aclıq və ya halsızlıq üçün çantanızda qidalar olsun.


Telefonun yaddaşını boşaldın: Gözəl kadrları itirməmək üçün şəkillərinizi əvvəlcədən başqa yerə köçürün.


Portativ şarj cihazı unutmayın: Xüsusilə hava limanlarında enerji problemi yaşamamaq üçün ehtiyat şarj cihazı kömək ola bilər.


Səfər üçün musiqi və film siyahısı hazırlayın: Uzun yollar üçün əyləncəli məzmun yorğunluğu azalda bilər.


Erkən yola çıxın: Trafik, hava şəraiti və digər amilləri nəzərə alaraq gecikməmək üçün vaxtında yola düşmək tövsiyə olunur.


Siyahı tərtib edin: Yığılası əşyaların siyahısı həm işinizi asanlaşdırar, həm də unudulan əşyaların qarşısını alar.


Yeni təcrübələrə açıq olun: Tətil zamanı fərqli fəaliyyətlər – paraşüt, dalğıclıq və s. sizə unudulmaz anlar yaşada bilər.


Qaldığınız yerin imkanlarını yoxlayın: Otel və ya ev kirayələyərkən təqdim olunan şəraitə diqqət yetirin.


Sosial medianı istifadə edin: Getməyi planlaşdırdığınız məkanla bağlı daha real təəssüratlar üçün sosial platformalardakı paylaşımları izləyin.


Rahat ayaqqabı geyinin: Uzun gəzintilər üçün rahatlıq vacibdir. Əsas seçim gündəlik istifadəyə uyğun idman ayaqqabısı olmalıdır.


Bu sadə, lakin təsirli məsləhətlərlə yay tətilləri daha stressiz və unudulmaz ola bilər.


Əminə Bayramova 

Tarix: 6 Avqust 2025, 09:30   
Seçilən
104
2
pravda.az

3Mənbələr