Ukraynanın baş naziri Yuliya Svırıdenko ABŞ-la mədənçıxarma üzrə 3 ortaq layihə elan edib ki, onların icrasına 18 ay ərzində başlanacaq...
Poliqon xəbər verir ki, o, bu barədə özünün Facebook səhifəsində ABŞ-nin maliyyə naziri Skott Bessentlə danışıqlardan sonra yazıb.
Onun sözlərinə görə, tərəflər direktorlar şurasının ilk iclasının sentyabrda keçirilməsi planlaşdırılan Amerika-Ukrayna investisiyalarının bərpası fondunun yaradılmasını müzakirə ediblər. Siyasətçi bildirib ki, Kiyev və Vaşinqton 18 ay ərzində ilk üç mədən layihəsinə başlamaq üçün təşkilatın mandatını genişləndirmək üzərində işləyir.
Bundan əlavə, tərəflər Ukrayna pilotsuz uçan aparatlarının istehsalı və ixracı, həmçinin Amerika silahlarının mümkün alınması ilə bağlı razılaşmanı müzakirə ediblər.
“Biz həmçinin sanksiya təzyiqinin artırılması və beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlıq məsələsini qaldırdıq”, Svırıdenko yazıb.
Poliqon.info