AZ

Ordumuzun hərbi maşını minaya düşdü: yaralılar var

  Kəlbəcərdə mina partlaması nəticəsində xəsarət alan hərbçilərin sayı 5-ə çatıb.

Referans  “Unikal”a istinadən xəbər verir ki, rayonun Vəng kəndi ərazisində “Ural” markalı avtomobil tank əleyhinə minaya düşüb.

Bu zaman avtomobildə olanlar – 29 yaşlı N.Nuruyev, 29 yaşlı M.Qarayev, 42 yaşlı R.İsmayılov, 38 yaşlı E.Əhmədov xəsarət
alıblar. Onlar yaxınlıqdakı hərbi hospitala yerləşdiriliblər. Yaralılara dərhal yardım göstərilib. Hazırda vəziyyətlərinin orta ağır

olduğu bildirilir.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb ediliblər.

Qeyd edək ki, minaya düşən “Ural” markalı avtomobil Azərbaycan Ordusuna məxsusdur. Xəsarət alanların hamısı hərbçilərdir.

Faktla bağlı araşdırma aparılır.

Goranboy sakini Kəlbəcərdə minaya düşüb.

Referans  APA-ya istinadən xəbər verir ki, hadisə Kəlbəcər rayonu ərazisində qeydə alınıb.

Belə ki, Goranboy rayonunun Qazanbulaq qəsəbə sakini 1986-cı il təvəllüdlü E. Tanrıverdiyev Kəlbəcər rayon ərazisində minaya düşərək xəsarət alıb.

O xəstəxanaya yerləşdirilib. Hal-hazırda vəziyyətinin normal olduğu bildirilir.

Referans bildirir ki,Teleqraf-ın xəbərinə görə, Kəlbəcər rayonunda müddətdən artıq xidmət edən hərbçidir (MAXE).

Qeyd edilib ki, Goranboy rayon sakini olan E.Tanrıverdiyev üç ildən artıqdır MAXE kimi xidmət edir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
42
3
referans.az

10Mənbələr