Çox vaxt xəstəliklərimizə bitki çayları ilə təbii yolla qalib gəlməyə çalışırıq. Ancaq müəyyən dərmanlarla qarşılıqlı təsir göstərən bitki çayları mənfi nəticələrə səbəb ola bilər. Mütəxəssis Türkan Özər, "Bəzi bitki çayları dərmanlarla qarşılıqlı təsir göstərir və bu, bu dərmanların yan təsirlərini artıra bilər" deyir.
Hafta.az-ın yazdığına görə, Özər sarıkökün immunitet sistemini gücləndirdiyini, hətta xərçəngə də faydası olduğunu deyir. Amma sarıkök öd axınına mane ola bilər. Öd daşı olanlar sarıkökdən uzaq durmalıdırlar. Bundan əlavə, sarıkökdən eyni vaxtda 1 çay qaşığından çox istifadə edilməməlidir.
Qan durulaşdırıcı dərman qəbul edənlər zəncəfildən istifadə edərkən diqqətli olmalıdırlar. "Zəncəfil qanın durulanmasını artırır və çox zəncəfil çayı içmək qan durulaşdırıcı dərman qəbul edən insanlar üçün təhlükəli ola bilər" deyib Özər.
Yaşıl çayın bir çox faydalarını bilirik və xüsusilə qadınlar pəhriz saxladıqları zaman yaşıl çaydan istifadə edirlər. Yaşıl çay K vitamini ilə zəngindir, lakin insult yarada bilər. K vitamini ilə zəngin olan yaşıl çay, bu tərkibi sayəsində qanı laxtalaşdırır. Yaşıl çay qan durulaşdırıcı dərman qəbul edənlərdə laxtalanmaya, bu da öz növbəsində infarkta səbəb ola bilər. Ona görə də qan durulaşdırıcı dərman qəbul edənlər yaşıl çaydan uzaq durmalıdırlar.
Sakitləşdirici dərman qəbul edənlər adaçayı, təzyiq dərmanı qəbul edənlər isə kəklikotu çayından ehtiyatla istifadə etməlidirlər. "Təzyiq salıcı təsiri olan kəklikotu çayı təzyiq dərmanı ilə birlikdə istehlak edildikdə təzyiqi daha da aşağı salar. Sakitləşdirici dərman qəbul edənlər sakitləşdirici dərmanlarla birlikdə qəbul edildikdə dərmanın təsirini artıra bilər.
Adaçayı çayı xüsusilə hamilə qadınlara tövsiyə edilmir. Allergik reaksiyalara səbəb ola biləcək digər çay qışda həddindən artıq istehlak etdiyimiz itburnu çayıdır. Ekinezya çayı isə qaraciyər tərəfindən xaric edildiyi üçün, doğum nəzarəti və xolesterin dərmanları qəbul edənlərdə yan təsirlərə səbəb ola bilər. Yaxşısı budur ki, ondan mülayim şəkildə istifadə olunsun”.