AZ

Qazaxıstanda saxa məzarlığı aşkar edilib

Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanın Ulutau bölgəsində aparılan arxeoloji qazıntılar zamanı Saxa dövrünə aid olduğu güman edilən nəcib bir döyüşçünün məzarı aşkar edilib. Arxeoloqlar təxminən 2 min il əvvələ aid edilən bu tapıntının köçəri Saxa döyüşçüsünə aid olduğunu bildiriblər.

Hafta.az-ın yazdığına görə, arxeoloqlar 2 min ildən çox olduğu təxmin edilən cəsədin köçəri Saxa döyüşçüsünə aid olduğunu qeyd ediblər. Arxeoloq Sirim Yesen məzarla bağlı fikirlərini bildirərək, "Məzarın baş tərəfində qızıl əşya, sağ bud nahiyəsində də ox ucları var idi. Bu əşyalar saxa qəbirləri üçün xarakterikdir. Bu tapıntılar əsasında dövr və dəfn ənənələrini müəyyən edə bilərik. Tapıntı Ulutau diyarının böyük bir tarixə şahidlik etdiyini bir daha isbatladı" deyib.

Qəbirdə qızıldan başqa, at qoşquları və döyüş materiallarının da olduğu qeyd edilib. Almatıda əvvəlki qazıntılar zamanı Saxa dövrünə aid Toqızbulak-1 kurqanında qızıl-zinət əşyaları aşkar edilib.

Seçilən
8
hafta.az

1Mənbələr