AZ

Paşinyan ABŞ-yə gedir

Bu barədə onun mətbuat katibi Nazeli Baqdasaryan özünün "Facebook" hesabındaməlumatyayıb. O bildirib ki, ikigünlük səfər çərçivəsində Baş nazir ABŞ Prezidenti Donald Trampla İrəvan və Vaşinqton arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi istiqamətində müzakirələr aparacaq.

Eyni zamanda, Bakı-İrəvan sülh danışıqlarının cari vəziyyəti ətrafında Azərbaycan Prezidenti İlham Əliyevin də qoşulacağı üçtərəfli görüş baş tutacaq.

Xatırladaq ki, İlham Əliyev ilə Nikol Paşinyan axırıncı dəfə iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində görüşərək sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi ilə əlaqədar razılığa gəliblər.

Firudin Həmidli
AzVision.az
Seçilən
5
1
azvision.az

2Mənbələr